Alim

Ziya Bünyadov kimdir?

Ziya Musa oğlu Bünyadov Azərbaycan şərqşünası, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı və əməkdar elm xadimi.

Ziya Bünyadov həyatı

Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olmuşdur. Atası Musa Mövsüm oğlu Bünyadov Bibi-Heybət alim-şeyxləri nəslindən  idi. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı. Anası  Lənkəranda doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qusakova idi.

Ailənin ən böyü uşağı olan Ziya Bünyadov uşaqlıqda ciddi tərbiyə almışdır. Xidməti işi ilə bağlı  olaraq atası Göyçaya göndərilmişdir. Bünyadov orta məktəb illərini Göyçayda keçirmiş və 1939-cu ildə orta məktəbi bitirmişdir. Elə həmin ildən təyarrəçilik təhsili almaq məqsədi ilə Bakıya gəlmiş və təhsilini Bakı Ali Birləşmiş Komandirlər Məktəbində müraciyyət etmişdir. Lakin tibb komissiyasından keçə bilmədiyindən, yaşına iki il əlavə edib S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilinə davam etdirmişdir.

II dünya müharibəsi

II Dünya Müharibəsi dövründə Ziya Bünyadov yuvatmadan gələcək xidmət yerinə Bessarabiyaya göndərilir. O burada İkinci dünya müharibəsi başladıqdan cəmi bir saat sonra həyatında ilk döyüşünə girdi. İk dəfə yaralanma və kontuziya nəticəsiində xəstəxanalarda keçirdiyi vaxtı çıxmaqla, Ziya Bünyadov İkinci dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçirmişdir.

Ziya Bünyadov Ukrayna və Moldova uğrunda döyüşlərdə, Mozdok və Tuapse, Belorusiya və Polşa uğrunda savaşlarda fəal olaraq iştirak etmişdi. Bünyadov Şimali Qafqazda gedən döyüşlərin iştirakçısı olmuşdur.

27 fevral 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı mükafatı verilmişdir.

Ziya Bünyadov təhsili

Müharibənin bitməsi ilə 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuşdur.  Daha sonra Ziya Bünyadov universitetin aspiranturasına daxil olmuşdur. Ziya Bünyadov 1954-cü ilin may ayında “İtaliya İmperializmi Afrikada” namizədlik dissertasiyasını müdafiə edib həmin il Bakıya qayıtmışdır.

1958-ci ildən 1959-cu ilə kimi Bünyadov Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində müəllim vəzifəsində çalışmışdır. 1964-cü ildə o,  tarix elmləri doktoru elmi dərəcəsi almışdır.

1965-ci ildə SSRİ Ali və Orta təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Ziya Bünyadov professor dərəcəsi almışdır.

O, 1981-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə təyin olunmuş və 1986-cı ilə qəədr fəaliyyətinə davam etmişdir. 1982-ci ildə Ziya Bünyadov “Azərbaycan SSR Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

1992-ci ildə o, səsvermə yolu ilə yenidən Şərqşünaslıq İnstitutunun direktoru seçilmişdir.

Ziya Bünyadov “Qırmızı bayraq”, “Aleksandr Nevski”, “II dərəcəli Vətən müharibəsi”, “Qırmızı ulduz” ordenləri və müxtəlif adda medallarla təltif edilib.

Ziya Bünyadov fəaliyyəti

Ziya Bünyadov bir çox əsəri ərəb, rus, ingilis və Osmanlı türkcələrindən Azərbaycan türkcəsinə tərcümə etmişdir. Tərcümə metodu, mətnlərin tam ötürülməsindən çox, anlaşılması çətin olan və ya izah edilməsi lazım olan hissələrin şərh edilməsi taktikalarından ibarətdir. Vasim Məmməliyevlə birlikdə hazırladığı Quranın Azərbaycan türkcəsinə tərcüməsini buna misal göstərmək olar. Bu əsər müstəqillikdən sonra Azərbaycanda nəşr olunan ilk Quran tərcüməsidir (1991).

Ziya Bünyadov ölümü

21 fevral 1997-ci ildə yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.  O, 1997-ci ildə Bakıda yerləşən Fəxri Xiyabanda dəfn edilmişdir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Check Also
Close
Back to top button
Close
Close