Siyasətçi

Mikayıl Cabbarov kimdir?

Mikayıl Cabbarov kimdir? Mikayıl Cabbarov haqqında ətraflı və dəqiq məlumatı məqaləmizdən əldə edə bilərsiniz.

Mikayıl Cabbarov həyatı

Mikayıl Çingiz oğlu Cabbarov 19 sentyabr 1976-cı ildə Bakıda anadan olub.

Mikayıl Cabbarov təhsili

1992-ci ildə daxil olduğu Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakultəsini 1997-ci ildə fərqlənmə diplomu ilə başa vurub.

1997-1998-ci illər ərzində isə ABŞ-ın Kaliforiya ştatınn Sakramento şəhərindəki Pasifik Universitetinin Macgeorge hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

1999-cu ildən bu vaxta qədər isə ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür.

Mikayıl Cabbarov fəaliyyəti

1995-ci ildən bank sektoruyla əmək fəaliyyətinə başlayıb. 1999-2002-ci illə içərisində də hüquq şirkəti və özəl sektorda hüquqşünas kimi çalışıb.

2002-2003-cü illər ərzində iqtisadi inkişaf nazirinin müşaviri kimi, 2003-2004-cü illər içərisində isə AZPROMO-nun prezidenti kimi çalışıb.

Prezidentin 2004-cü il 20 fevral tarixli imzaladığı sərəncamı əsasında İqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilib.

2009-cu il 6 mart tarixli sərəncam əsasında isə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsini icra edib.

Azərbaycan Respublikasının Prezidentinin 2013-cü il 19 aprel tarixində imzaladığı sərəncamla Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.

2017-ci il 05 dekabr tarixində imzalanan sərəncam əsasında Vergilər naziri təyin edilib.

2019-cu il 23 oktyabr tarixli sərəncam əsasında Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close