Cəfər Cabbarlı kimdir?
Cəfər Qafar oğlu Cabbarlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, Azərbaycan SSR əməkdar incəsənət xadimi.
Cəfər Cabbarlı həyatı
Cəfər Cabbarlı 1899-cu il martın 20-də Xızı kəndində yoxsul bir kəndli ailəsində dünyaya gəlmişdir. Kömür mədənində şləyən atası – Qafar Cabbarlı- görmə qabiliyyətini itirdikdən sonra ailə Bakıya köçməyə məcbur olmuşdur. Bu hadisədən sonra ailə “dağlı məhəlləsi” adlanan yerdə yaşamağa başlayıb. Şairi 3 yaşında atası vəfat edib. Atasının ölümündən sonra evin bütün yükü anası Şahbikə xanımın üzərinə düşür. O, imkanlı ailələrin evlərində işləyərək Cəfər Cabbarlını dini məktəbində təhsil almasına şərayit yaradıb. Cəfər arasıra Xızıya gedir, orada aşıqsayağı şeirlər yazan bibisi Zərnişanla, dağ kəndlərindəki qohumları ilə görüşürdü.
Cəfər 1922-ci ildə əmisi qızı Sona xanımla ailə həyatı qurdu. Bu evlilikdən onun Aydın və Gülarə adında övladı dünyaya gəldi.
Cəfər Cabbarlı təhsili
Şahbikə xanım oğlunun təhsil həyatından məhrum etməmək üçün, əvvəlcə məhəllə mollasının yanına, daha sonra isə molla Qədirin yanına Quran oxumağa qoyur. Mollaxananın onu elmi cəhətdən inkişaf etdirməyəcəyini anlayan Cəfər Cabbarlı digər uşaqlar ilə birgə 1905-ci ildə “Starıy Poçtovı-25”-də Hacı Məmmədhüseyn Bədəlovun mülkündə açılan üçsinifli “7-ci müsəlman və rus” məktəbinin birinci sinfinə daxil olur. Cəfər Cabbarlı 1908-ci ildə “7-ci müsəlman və rus” məktəbini bitirdikdən sonra bir müddət ailəsinə kömək etdi. Bu fasilənin ardından şair Bakıda Alekseyev adına “3-cü ali ibtidai” məktəbdə oxumağa başladı. 1915-ci ildə Cəfər məktəbdən məzun oldu.
1915-ci ildə Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə daxil olan yazıçı 1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə alır. Daha sonra Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə qəbul olur. Lakin o, öz istəyi ilə buradakı təhsilini yarıda buraxır. 1923-cü ildə Cəfər Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda 1924-cü ildə öz təhsilini Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində davam etdirir.
1915–1920-ci illər Cəfər Cabbarlının həyatında təkcə tələbəlik dövü deyil, həmçinin ədəbiyyata, sənətə gəldiyi mərhlə kimi bilinir. O, 1915-ci ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlamışdır. Bir-birinin ardınca “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş”, “Solğun çiçəklər”, “Nəsrəddin şah”, “Trablis müharibəsi” və ya “Ulduz”, “Ədirnə fəthi”, “Bakı müharibəsi”, “Aydın” kimi Azərbaycan əsərlərini yazmış, lirik və satirik şeirlərlə, bir sıra hekayələrlə çeşidli mətbuat orqanlarında çıxışlar etmişdir.
Cəfər Cabbarlı yaradıcılığı
Cəfər Cabbarlının yaradıcılığı 1915-1934-cü illər arasındakı iyirmi illik bir tarixi dövrü əhatə edir. Kapitalizm şəraitində qadına münasibət Cəfər Cabbarlının pyes və hekayələrində olduğu kimi, satirik şeirlərinin də əsas xəttini təşkil edir. Yazıçı satirik şeirlərində cəmiyyətinin qadına qarşı mənfi münasibətlərini tənqid edkən, eyni zamanda qadınları öz hüquqlarını müdafiə etməyə çağırır.
Cəfər Cabbarlı ilk şeir, hekayə və dramlarını 1915–1916-cı ildə qələmə almışdır. O, yaradıcılığına şeirlə başlasa da, səs gətirən əsərlərini dramaturgiya janrında qələmə almış və Azərbaycan dramaturqu və teatr xadimi kimi məşhurlaşmışdır.
Şair Azərbaycanda ilk dəfə olaraq tarixi dram janrını milli-azadlıq ideyaları ilə zənginləşdirmişdir.
Dramaturq 1917-ci ildə Osmanlı tarixinə dair “Trablis müharibəsi” və ya “Ulduz” və “Ədirnə fəthi” pyeslərini qələmə almışdır. Hər iki əsərin əsas ideyası türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizə olmuşdur.
Şairin “Bakı müharibəsi” adlı əsərində 1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələr, ermənilərin azərbaycanlılara qarşı etdiyi zülmlər təsvir olunur. Əsərdə eyni zamanda başda Nuru Paşa olmaqla qəhrəman xilaskar türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsindən danışılırdı.
1920–1923-cü illər Cəfər Cabbarlı yaradıcılığının ikinci dövrü olaraq sayılır. Bu dövrdə qələəmə aldığı “Aydın” (1919) və “Oqtay Eloğlu” (1921) pyesləri ən tanınmış əsərlərdir. Hər iki əsər 1921–1923-cü illərdə Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulmuşdur. İdeya və üslub cəhətdən bir-birinə yaxın olan bu əsərlərdə yazar pulun hökmranlıq etdiyi bir cəmiyyəti, bu cəmiyyətdə əzilən zəhmətkeşlərin faciəsini təsvir etmişdir.
Cəfər Cabbarlı 1922–1923-cü illər ərzində iki dəfə həbs olunaraq işgəncələrə məruz qalmışdır.
Cəfər Cabbarlı 1920–1930-cu illərdə Azərbaycan dramaturgiyasının ən populyar dramaturqu hesab olunurdu. 1928-ci ildən etibarən şairin yaradıcılığının üçüncü dövrü başlayır. Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra bir müddət dram yaradıcılığına ara verən yazıçı 1927-ci ildə “Sevil” əsərini yazmışdır. Əsər qadın azadlığı mövzusunda yazılmışdır.
Get-gedə şiddətlənməkdə olan ürək xəstəliyinə əhəmiyyət veməyən Cəfər Cabbarlı çox zəiflədi və 1934-cü il dekabrın 31-də vəfat etdi.
Əsərləri:
“1905-ci ildə” (1937)
“Qız qalası” (1937)
“Almas” (1937)
“Firuzə” (1939)
“Yaşar” (1950)
“Aslan və Fərhad” (1957)
“Sevil” (1959)
“Gülzar” (1965)
“Ölkəm” (1965)
“Dilarə” (1970)
“Od gəlini” (1971)
“Ey dan ulduzu” (1979)
“Aslan və Fərhad” (1980)
“Gülzar”(1982)
“Əsərləri” (1984)
“Ədirnə fəthi” (1996) və s.