Salatın Əsgərova kimdir?

Salatın esgerova kimdir

Salatın Əsgərova Azərbaycanın Milli Qəhrəmanı Qarabağ müharibəsi şəhidi.

Salatın Əsgərova həyatı

Əsgərova Salatın Əziz qızı 1961-ci ildə dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub.  İlkin təhsilini Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi almışdır. 1979-cu ildə məktəbi müvəffəqiyyətlə bitirmişdir. O, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur.

1988-1989-cu illərdə Qarabağda baş verən və azərbaycanlıların başına gətirilən hadisələr Salatın Əsgərovanı tamam başqa sahəyə gətirir. Universitetin Mühəndislik fakultəsini bitirsə də, o jurnalist kimi fəaliyyət göstərməyə başlayır.

Salatın Əsgərova jurnalist fəaliyyəti

1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərirdi. Nəticədə 1984-cü ildə müqavilə ilə “Bakı” qəzetində, 4 il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində jurnalist kimi işləməyə başlayıb. Salatın Əsgərova Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı məslələrə toxunurdu. O, tez-tez cəbhə xəttinə gedib, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. Ailəsi onun döyüş bölgəsinə getməsndən narahat olasalar da ona mane ola bilmirdilər. Hazırladığı reportajlarla müharibənin ən qızğın anlarından  xəbər verən Salatın qısa müddət ərzində geniş oxucu kütləsi əldə etməyi bacara bilmişdir.

Salatın Əsgərova mükafatları

O, ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına layiq görülüb.

Salatın Əsgərova 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin imzaladığı fərman ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Salatın Əsgərova ölümü

O, 1991-ci ilin yanvarın 8-dən 9-na keçən gecə Bakıdan Şuşaya Oleq Larionovun yanına getməyə qərara aldı. O, evdən hərbi forma geyinib çıxmışdır. Batalyon komandiri podpolkovnik Oleq Larionov Tayşet nəslindən idi, sibirli idi. O, 5 il batalyona rəhbərlik etmişdi, həmin batalyon 1990-cı ilin yazında Qazaxın Bağanis Ayrım kəndini ermənilərin hücumlarından qorumuşdu. Ermənilər Qazaxda Salatın Əsgərovanı ölümdən xilas edən Larinovun başına 10 min rubulluq mükafat vəd etmişdilər.

1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulur. Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.  Qeyrətli vətən qızı Salatın Əsgərovadan  geriyə torpaq üçün göstərdiyi qəhrəmanlıqları qaldı.

Salatın Əsgərovanın qatillərinin tutulmasında İsrafil Şahverdiyevin böyük rolu olmuşdur.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın