Biznesmen

Acun Ilıcalı kimdir?

Acun Ilıcalı kimdir? sualı ilə maraqlanırsınızsa, məqaləmiz məhz sizin üçündür.

Acun Ilıcalı 29 May 1969-cu ildə Ədirnədə anadan olub.

Acun Ilıcalı təhsili

5 yaşında başladığı ilk və orta təhsilini Ədirnə İstiqlal İbtidai məktəbində tamamlayıb. Orta məktəb təhsilinə İstanbulda Kadıköy Maarif Kollecində başlayan Acun Ilıcalı, Kadıköy Anadolu Liseyini bitirdikdən sonra İstanbul Universitetində İngilis Dili Müəllimliyi Bölümünü qazansa da universitet həyatı 7 il sonra bitdi.

Acun Ilıcalı gördüyü işlər

19 yaşında olarkən 1988-ci ildə Seda Ilıcalı ilə evlənən Acun Ilıcalının bu evlilikdən Banu adlı bir qızı oldu. Qızının dünyaya gəlməsindən 10 ay sonra, 1990-cı ildə yol qəzasında valideynlərini itirdi. Acun Ilıcalı yaşadığı depressiya səbəbi ilə həyat yoldaşı Sedadan ayrıldı. Acun Ilıcalı, 1995-ci ildə geyim mağazası açsa da bu işi uğurlu alınmadı. Bir dostu vasitəsilə İlker Yasin ilə tanış olan Acun Ilıcalı, Beşiktaşın jurnalisti oldu. Daha sonra Şansal Büyükanın komandasına – Show TV-yə keçdi və 2002-ci ildə Acun Firarda adı altında proqramı təqdim etdi.
2005-ci ildə Acun Medya şirkətini qurdu. Fear Factor, Survivor, Qadınlar – Kişilər, Survivor Türkiyə – Yunanıstan, Survivor Aslanlar – Kanaryalar, Var mısın Yok musun, Devler Ligi, Yetenek Sizsiniz və Yok Böyle dans proqramlarının istehsalçısı münsifi və aparıcısı oldu.
2005-ci ildə 36 yaşında vergi rekordçularından biri oldu. Show TV-nin “81 Şəhər 81 Məktəb” adlı sosial məsuliyyət layihəsində iştirak etdi və proqramda 3 milyon 725 min 563 TL yardım toplandı.
Televiziya sektoruna müxbir olaraq daxil olan Acun Ilıcalı hazırda Türkiyənin ən uğurlu media istehsalçısıdır. 14 Noyabr 2013 tarixində isə Acun Ilıcalı TV8-i aldığını və indi öz televiziya kanalını idarə etdiyini açıqladı.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close