İqor Raufoviç Aşurbəyli Rusiyada yaşayan azərbaycanlı alim, iş adamı və Kosmos Milləti olan Asqardiya mikromillətinin lideridir. O, həm də 2016-cı ildən Rusiyanın Dirçəliş Partiyasının da lideridir.
İqor Aşurbəylinin həyatı
İqor Aşurbəyli 1963-cü il sentyabrın 9-da Bakı şəhərində (Azərbaycan SSR) məşhur Aşurbəyovlar nəslindən olan ailədə anadan olub. 1980-ci ildə bir sıra fənlərin ingilis dilində tədris olunduğu 27 nömrəli xüsusi orta məktəbi qızıl medalla bitirib. O, Azərbaycanlı alim Rafiq Əliyevin aspirantı olub. Aşurbəyli Rafiq Əliyevin rəhbərliyi altında 30 may 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında öz namizədlik işini müdafiə edib. Elmi işinin mövzusu isə “D-Mərkəzləşdirilmiş sistemlərin qurulma prinsipləri”dir.
İqor Aşurbəylinin kariyerası
1988-ci ildə Sovet İttifaqının o vaxtkı yeni iqtisadi siyasətləri çərçivəsində o, Socium adlı kiçik proqram təminatı şirkətini qurdu və onun ilk Baş Meneceri vəzifəsində çalışdı. Daha sonra Aşurbəylinin idarə heyətinin sədri kimi xidmət etdiyi 30-dan çox şirkətdə 10 000-dən çox işçisi olan holdinq şirkəti Socium Holding oldu.
1990-cı ildə Aşurbəyli Moskvaya köçüb. 1994-cü ildən başlayaraq o, SPA Almazda (sonradan GSKB Almaz-Antey kimi rebrendinq edildi) baş menecerin müavini, baş menecerin birinci müavini və idarə heyətinin sədri vəzifələrində çalışıb, daha sonra 2000-2011-ci illərdə onun baş icraçı direktoru (CEO) olub. Aşurbəyli 2011-ci ildə SPA Almaz-dan istefa verib. 2011-ci ildən KB-1 (Dizayn Bürosu-1) özəl şirkətinin idarə heyətinin sədri və elmi rəhbəri olub.
2004-cü ildən Aşurbəyli Kosmik Təhdidlərdən Müdafiə üzrə Qeyri-Hökumət Ekspert Cəmiyyətinin (ESSTD) idarə heyətinin sədri olub. 2015-ci ildə ESSTD-yə Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında (ECOSOC) xüsusi məsləhətçi statusu verilmişdir.
O, 2009-cu il Elm və Texnologiya üzrə Rusiya Federasiyası Hökumətinin Mükafatına layiq görülüb. 5 fevral 2016-cı il tarixində YUNESKO-nun baş qərargahında, Parisdə, Fransada keçirilən mərasimdə Aşurbəyli nanoelm və nanotexnologiyaların inkişafına verdiyi töhfələrə görə YUNESKO-nun medalı ilə təltif edilib.
Asgardiya Kosmik Krallığı ( Space Kingdon of Asgardia)
İqor Aşurbəyli 2013-cü ildə Avstriyanın paytaxtı Vyanada Aerokosmik Beynəlxalq Araşdırmalar Mərkəzini təsis edib. 2014-cü ildə mərkəz Aşurbəylinin baş redaktoru olduğu ROOM adlı beynəlxalq kosmik jurnalın nəşrinə başlayıb. 2018-ci ilin iyul ayında Aerokosmik Beynəlxalq Araşdırma Mərkəzinin adı dəyişdirilərək Asgardia Müstəqil Araşdırmalar Mərkəzinə çevrildi.
2016-cı il oktyabrın 12-də İqor Aşurbəyli Fransanın paytaxtı Parisdə keçirdiyi mətbuat konfransında “yeni kosmos dövləti Asqardiyanın doğulduğunu” elan etdi. Layihə rəsmi olaraq “Asqardiya Kosmik Krallığı” adlanır. Layihənin son məqsədi kosmosa mövcud dövlətlərin nəzarətindən azad olmaq imkanı verən yeni bir millət yaratmaqdır. 25 iyun 2018-ci il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində, Hofburq sarayında İqor Aşurbəyli Asqardiyanın millət başçısı kimi andiçmə mərasimi keçirdi.
Asqardiya Yer orbitinə bir sıra peyklər çıxarmaq niyyətindədir. Gələcəkdə Asgardia komandası Beynəlxalq Kosmik Stansiyanın yerləşdiyi yerin aşağı orbitlərində yaşayış üçün əlverişli platformalar yaratmağa ümid edir. İqor Aşurbəyli 2017-ci ilin iyununda CNN-ə deyib: “Bu, fantaziya deyil. Marsa, qalaktikaya və sairə getmək – bu, sadəcə olaraq saxtadır. Mən daha real bir şey nəzərdə tuturam”.
“Asgardia-1”-i kosmosa daşıyan Cygnus kosmik gəmisi “Asgardia-1” və digər iki peyki 12 noyabr 2017-ci ildə buraxdı. Asqardiya Kosmik Krallığı indi onun “bütün ərazisini kosmosda saxlayan ilk millət” olduğunu iddia etdi. Hüquqşünaslar “Asgardia-1”-in suveren ərazi kimi qiymətləndirilə biləcəyinə şübhə edirlər.
Asgardia Müstıqil Araşdırma Mərkəzi
Əvvəllər Aerokosmik Beynəlxalq Araşdırmalar Mərkəzi kimi tanınan Asgardia Müstəqil Araşdırmalar Mərkəzi (AIRC) 2013-cü ildə İqor Aşurbəyli tərəfindən təsis edilib. 2014-cü ildə AIRC Aşurbəylinin baş redaktoru olduğu ROOM adlı beynəlxalq kosmik jurnalı nəşr etməyə başladı. . 2016-cı il fevralın 5-də YUNESKO-nun Parisdəki mənzil-qərargahında keçirilən mərasimdə Aşurbəyli nanoelm və nanotexnologiyaların inkişafına verdiyi töhfələrə görə UNESCO-nun medalı ilə təltif edilib. AIRC AAS Avstriyada yeganə institutdur ki, onun fəaliyyəti bütövlükdə kosmik texnologiya və peyk texnikalarından istifadə etməklə Günəş Sisteminin, yerdənkənar həyatın və Yerin öyrənilməsinə həsr olunub.
2013-cü ildən bəri, AIRC heyəti 30-dan çox peyk qurdu, inkişaf etdirdi və buraxmağa hazırladı və 15 kosmik missiyanı tamamladı, məsələn: ESA-nın missiyası Mars Express, Rosetta (kometa missiyası), Venus Express, BepiColombo (Merkuri missiyası) və CNES missiyaları DEMETER və TARANIS. AIRC həmçinin IBEX missiyası üçün NASA ilə əməkdaşlıq etdi. 2015-ci ildə AIRC Asgardia ilə sıx əməkdaşlıq etməyə başladı.
İqor Aşurbəylinin Rusiya HHM sistemlərinə töhvələri
Azərbaycanlı alim İqor Aşurbəyli həmçinin, Rusiya Hərbi Hava Qüvvələrinin qalxanı hesab olunan S-300 və S-400 zenit roketlərinin də qurucusudur. Onun yaratdığı bu silahlar bir çox ölkələrin havadan müdafiyəsində çox önəmli rola malikdir, o cümlədən, Azərbaycan da öz hava məkanında “S-300” sistemlərindən istifadə edir. Türkiyə Respublikası da NATO üzvü olmasına rəğmən “S-400” roketlərini alması ilə gündəmə gəlmişdi. O cümlədən, bir çox başqa NATO üzvü dövlətlər də “S-300” sistemlərindən istifadə edir.