Xoşbext Yusifzade kimdir?
Xoşbəxt Bağı oğlu Yusifzadə (14 yanvar 1930, Bakı Pirşağı – 3 oktyabr 2023) Azərbaycanın mühəndis-geoloqu, elmlər doktoru professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti olub.
Xoşbəxt Yusifzadənin həyatı
Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirmiş və M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. İnstitutu 1952-ci ildə “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” üzrə bitirərək “dağ mühəndisi-geoloq” ixtisasına yiyələnmişdir1957-ci ildə ailə qurmuşdur. İki övladı vardır.3 oktyabr 2023-cü ildə dünyasını dəyişmişdir. Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.
Əmək Fəaliyyəti
Xoşbəxt Yusifzadə Əmək fəaliyyətinə elə həmin il SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı “Dövlətxüsusineftlayihə” kontorunda başlamış, lakin az sonra o vaxt təzə təşkil olunmuş “Dənizneft” Birliyində işə qəbul edilmiş, burada böyük mühəndis və bölmə rəisi vəzifələrində çalışmışdır.
1954-cü ilin mart ayında “Gürganneft” trestinin (indiki “Neft Daşları” NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilmiş və o vaxtdan da dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin məşhur iştirakçılarından və rəhbərlərindən biri kimi çalışmışdır. X. B. Yusifzadə 1958–1959-cu illərdə “Neft Daşları” Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu,1959–1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləmişdir.
1960-cı ilin sentyabrında o, Sov. İKP-nın XXII qurultayı adına neft mədənləri idarəsi (keçmiş “Gurganneft”) rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunmuş və bu vəzifədə 1963-cü ilin oktyabr ayınadək çalışmışdır.
1963-cü ildən 1970-ci ilədək “Başdənizneft” İdarəsində baş geoloqun müavini — şöbə rəisi, “Dənizneft” İstehsalat Birliyinin geoloji-kəşfiyyat şöbəsinin rəisi — baş geoloqun müavini olmuşdur.1970–1992-ci illərdə “Xəzərdənizneft” Birliyinin, “Xəzərdənizneft” İstehsalat Birliyinin, Ümumittifaq “Xəzərdənizneftqazsənaye” Birliyinin, “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin və “Xəzərdənizneft” İstehsalat Birliyinin baş direktorunun müavini — baş geoloq vəzifələrində işləmişdir.
1992–1994-cü illərdə “Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) prezidentinin müşaviri, 1994–2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004-cü ildən geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, 2016-cı ildən isə 2023-cü ildə vəfat edənə qədər SOCAR-ın birinci vitse-prezidenti olub.
Elmi Fəaliyyəti
Xoşbəxt Yusifzadə 1987-ci ildə Moskvanın Yanar Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda “Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2005-ci ildə ona “Professor” elmi adı verilmişdir.
Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf edilmiş və istismara daxil edilmişdir. 1988-ci ildən başlayaraq xarici şirkətlərlə birgə aparılmış demək olar ki, bütün işlərdə, o cümlədən “Azəri-Çıraq-Günəşli” (dənizin dərin hissəsi) yataqlarının işlənməsində, “Əşrəfi” (1998-ci il), “Qarabağ” (1998-ci il), nəhəng “Şahdəniz” (1999-cu il), iri “Abşeron” (2011-ci il) kimi yataqların, eləcə də 201
0-cu ildə ARDNŞ-nin öz gücü ilə açdığı “Ümid” yatağının kəşf edilməsində əvəzedilməz rolu olmuşdur.Xoşbəxt Yusifzadə AMEA-nın Neft Ekspedisiyasında, X. B. Yusifzadə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Rusiya Beynəlxalq Mühəndislər Akademiyasının fəxri akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin üzvü, “Azərbaycan Neft Təsərrüfatı” və “Azərbaycanın geofizika yenilikləri” jurnalları, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətlərinin üzvü, Azərbaycan Geofizikləri Milli Komitəsinin, Azərbaycan Neftçi-Geoloqları Cəmiyyətinin, Amerika Neftçi-Geoloqları Assosiasiyasının, Avropa Alim-Geoloqları və Mühəndisləri Assosiasiyasının, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvüdür.
Ordenlər və medallar
“Heydər Əliyev” ordeni — 13 yanvar 2020
“İstiqlal” ordeni — 13 yanvar 2000
“Şərəf” ordeni — 11 dekabr 2009
“Şöhrət” ordeni (Azərbaycan) — 18 sentyabr 2004
1-ci dərəcəli “Əmək” ordeni — 19 sentyabr 2017
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı — 2019
“Azərbaycan Polisinin 100 illiyi (1918–2018)” yubiley medalı — 2018
“Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)” yubiley medalı
“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)” yubiley medalı
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)” yubiley medalı — 2018
“Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)” yubiley medalı”
“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)” yubiley medalı
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)” yubiley medalı — 2018
“Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919–2014)” yubiley medalı — 2014
“Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)” yubiley medalı
“Nizami Gəncəvi adına Qızıl medal — 5 aprel 2018”
SSRİ
2 dəfə “Qırmızı əmək bayrağı” ordeni — 1963, 1976
“Şərəf nişanı” ordeni — 1971
“Əmək igidliyinə görə” medalı — 1966
“Əmək veteranı” medalı — 1986
“Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə” yubiley medalı
XTNS qızıl medalı — 1973
2 dəfə XTNS bürünc medalı — 1982, 1985
Digər dövlətlər və təşkilatlar
“Dostluq” ordeni (Vyetnam) — 2011
“Avropa xidmət” ordeni (UN Council for Public Awards (UNCOPA)) — 2019
“Akademik Azad Mirzəcanzadə” beynəlxalq gümüş medalı (Rusiya Təbiət Elmləri Akademiyası) — 3 mart 2016
YUNESKO-nun xüsusi medalı — 2010
“Qızıl ulduz” beynəlxalq medalı (Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası) — 2008
Elmi əsərləri
Xoşbəxt Yusifzadə 2004-cü ildə “Ömrümün illəri və izləri” kitabı, 2007-ci ildə isə “Akademik Xoşbəxt Yusifzadə” biblioqrafiyası çapdan çıxmışdır. 2009-cu ildə “Akademik Xoşbəxt Yusifzadə” biblioqrafiyası Türkiyədə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən dörd dildə (türk, ingilis, rus, Azərbaycan) nəşr edilmişdir. Alimin “Ömrümün illəri və izləri” kitabının yenidən işlənmiş ikinci nəşri 2010-cu ildə işıq üzü görmüşdür.
İrsi.
Xoşbəxt Yusifzadənin 85 illik yubileyi münasibətilə 2015-ci ildə Fədakar filmi çəkilmişdir. 90 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidenti tərəfindən sərəncam verilmişdir.Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 15 yanvar 2020-ci ildə təhsil aldığı Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki yerləşən 112 nömrəli tam orta məktəbə və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin gəmisinə Xoşbəxt Yusifzadənin adı verilmişdir.