22 mart 1968-ci ildə Bakı şəhərində anadan olmuş Mübariz Mənsimovun valideynləri əslən Masallı rayonunun Miyankü kəndindəndir. Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan “Palmali” Şirkətlər Qrupunun Sahibir.
Mübariz Mənsimov Haqqında
9 uşaqlı bir ailənin üzvü olan Mübariz Mənsimov 1968-ci il 22 mart tarixində Azərbaycanın paytaxtı Bakıda dünyaya gəlib. Valideynləri əslən Masallı rayonundandırlar. Milliyyəti Azərbaycanlı özü sonradan Türkiyə vətəndaşı olub.
Mübazir Mənsimov atasının təkidi ilə Bakıda hərbi məktəbə qəbul olur. Burada təhsil aldıqdan sonra universitetə daxil olur və Sovet ordusunun kəşfiyyatında müxtəlif vəzifələrdən sonra 1985-ci ildə təyinatı Almaniyaya verilir.1989-cu ildə erməni generalla mübahisə etdikdən sonra əsgərlik həyatına son verir.
Mübariz Mənsimovun Fəaliyyəti
Mübariz Mənsimov, 1,6 il gəmilərdə aşpazlıq edib. Daha sonra 3 yoldaşı ilə birlikdə 150 tonluq balıqçı gəmisi kirayəyə götürüb. Rusiyadan gəmi alıb və İstanbula gətirib. Beləliklə də bu sahədə ilk addımlarını atıb.
Mübariz Mənsimov İlk başladığı zaman fəaliyyəti ilə bağlı bu sözləri deyib. “O gəmiləri heç kim almaq istəmirdi. Sibirdən gəmini aldıq. Gəminin çayın kənarında işləməyi qeyri-mümkün idi. O gəmini risk edərək İstanbula gətirmə qərarı aldıq. Yolda batmaq ehtimalı 80 faiz idi. Batmadı! Onları təmir etdirib beləcə gəmilərin sahibi olduq. Ucuz aldıq gəmini. Əsl dəyərindən 10 dəfə ucuz. İşləri böyütməyimizdə isə əlaqələrimizin təsiri olmadığını söyləməyə bilmərəm. Hər iş adamı kimi risk etdim və mənə dəstək oldular ” demişdi.
Mübariz Mənsimov Palmali adı haradan gəldi sualına bu cavabı verib: Nuray xanım 20 ildən artıqdır mənimlə işləyir, Rusiyadan Nuray bacımıza zəng vurdum. Dedim ki, qərargahı İstanbula gətirib orada şirkət quracam. “Hansı şirkət?” Məndən soruşdu, mən də dəniz dedim. Amma bunu dediyimi unutmuşdum. Yorğun idim və evdə yatırdım. 1997-ci ilin oktyabr ayı idi, səhər saat 07:00-da qapının döyülməsini eşitdim, açdıq, Nuray xanım dedi ki, hər şey hazırdır, notariusa gedib imzalayaq. Dedim ki, “nə imza ataq?” Dedi, “şirkəti yaradırıq”. Yorğun olduğum üçün televizorun qarşısında yuxuya getdim. Televiziyanın yanında Robinzon Kruzonun qara və ağ italyan versiyası var idi. Bu zaman ağlıma bir mənzərə gəldi və dedim; Robinson adada sona çatır. “Mən haradayam? Deyir, başını xurma ağacına vurur, ona görə də harda oyandığının fərqində deyil, deyir bu adaya palmalı qoyacam. Bildiyiniz kimi, palma dayanıqlı, dəniz suyuna davamlı, təkliyi sevən ağacdır və Palmali adı da buradan yaranıb. Sadəcə o filmdən götürərək davam etdik.
Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan “Palmali” Şirkətlər Qrupunu Mansimov 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var. Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir.
Mübariz Mənsimovun sahibi olduğu Palmali Holdinq, 129 gəmisi ilə Aralıq dənizi və Qara dənizdə Rusiya neftinin təxminən 75 faizini daşıyır. Məlumdur ki, şirkətin gəmilərinin sayı, onun çarter gəmiləri də daxil olmaqla, 220-dən çoxdur. Bu şirkətin ən böyük müştərisi dünyaca məşhur neft şirkəti BP-dir. Mübariz Mənsimov xüsusilə türk gəmi sahibləri ilə işləməyə üstünlük verir. 2005-ci ildə icarəyə götürdüyü gəmilərin sayı 20 idisə, hazırda bu rəqəm 60-a çatıb.
Mübariz Mənsimovun Sosial Fəaliyyət
Futbola olan marağı ilə də tanınan Mübariz Mənsimov həm də Azərbaycanın futbol komandalarından olan “Xəzər Lənkəran”ın da ssahibi olub.
Mübariz Mənsimovun Xeyriyyəçilik fəaliyyəti.
Mübariz Mənsimov hər il Türkiyədə təhsil alan Azərbaycanlı tələbələrə təqaüd verir. Mansimov həmçinin sağlamlıq problemləri, sosial yaşayışı çətin olan həmvətənlərinə də daima dəstək göstərir. Göstərdiyi yardım dəstəyi sayəsində həm iş insanı həmdə xeyriyyəçi kimi tanınır.
Mükafatıar, 23 aprel 2020-ci il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının “Xüsusi xidmətlərə görə” ordeni ilə təltif edilmişdir.
Mübariz Mənsimovun Şəxsi həyatı
İş həyatında yaşadığı hadisələrlə adından söz etdirən Mübariz Mənsimov ailə həyatında baş verənlərlə də gündəm olub. İlk dəfə 2000-ci ildə Tamara Qurbanoğlu ilə ailə quran və 3 övladı olan Mənsimov həyat yoldaşından boşanaraq 2017-ci ildə Ülviyyə Qasımova ilə ikinci dəfə ailə həyatı qurub.
O, 2020-ci il martın 17-də FƏTO üzvü olduğu üçün həbs edilərək həbsxanaya göndərilib. 5 mart 2021-ci ildə FƏTO/PDY silahlı terror təşkilatı daxilindəki quruluşa daxil edilmədən təşkilata bilərəkdən və istəyərək yardım etmək ittihamı ilə 5 il həbs cəzası alıb və daha sonra azadlığa buraxılıb.