Prezident İlham Əliyevin göstərişi ilə qəhrəman hərbçilərimiz protezlərlə təmin olunublar
Şanlı Zəfərimizin qəhrəmanları, müharibədə əzalarını itirmiş qəhrəman hərbçilərimiz ölkə başçısı Prezident İlham Əliyevin göstərişi əsasında qısa müddətdə yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunublar.
Bu protezlər aktivliyi və funksionallığı ilə onların sərbəst və inamlı şəkildə hərəkət etmələrinə, hətta istədikləri zaman futbol oynaya bilmələrinə belə imkan verir.
Yanvarın onunda yerli televiziya kanallarına müsahibəsi zamanı Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində yaralanaraq əlil olmuş 379 hərbçinin ən müasir protezlərlə təmin edildiyini bildirərək deyib: “Cəmi 2 il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam icra olunub. Bu proqramın icrası mətbuatda da işıqlandırılıb. Hər kəs görə bilir ki, bizim qazilərimiz hətta futbol oynaya bilirlər”.
Müharibədə yaralanaraq əzalarını itirmiş, lakin ən müasir protezlərlə təmin edilərək yenidən fəal həyata davam edən igid hərbçilərimizin iştirakı ilə bir müddət əvvəl keçirilən futbol yarısından hazırlanmış videoçarxı təqdim edirik.