(1975-ci il 2023-ci il) də anadan olan Qənirə Paşayeva Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirmişdir. Siyasi elmlər üzrə fəlsəfə doktoru olub.
Haqqında
Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirmişdir. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. Azərbaycan Yazıçılar Birliyinin, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüdür. Gürcüstanın «Şərəf» ordeni ilə təltif edilmişdir. Avropa Şurası Parlament Assambleyasının üzvü olub Rus, İngilis, Türk dillərini bilib.
Əmək Fəaliyyəti
Qənirə Paşayeva 1998-ci ildə ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.
Qənirə Paşayeva 2005, 2010, 2015, 2020 ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azərbaycan–Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Hindistan, İraq, Misir, Pakistan, Rumıniya, Türkiyə və Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü kimi fəaliyyət göstərmişdir.
Həmçinin Qənirə Paşayeva Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub. 2012–2015-ci illərdə «Odlar Yurdu» Universitetinin Siyasi elmlər kafedrasına rəhbərlik etmişdir. 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olmuşdur. “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən 2013-cü ildə Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinə verdiyi dəstəyə və bu siyasətin təbliğindəki xidmətlərinə görə Fəxri Diplomla şərəfləndirilmişdir. O,eyni zamanda, Gürcüstanın fəxri vətəndaşı olub.
Elmi Əsərləri
Qənirə Paşayeva 10-dan artıq elmi və publisistik kitabın, yüzlərcə məqalənin müəllifi olub. Kitabları: “Nobel mükafatlı qadınlar”, “Tarixə adını yazan qadınlar”, “Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən” və “Səndən sonra” kitablarının, “Bülbül kimi gül aşiqi” adlı məqalənin sahibidir.
Qənirə Paşayevanın yazdığı şeirlər. Ad günü, Həsrət nəğməsi, Mən səni bu qədər sevməməliydim, Həsrət nəğməsi, Səni gözləyəcəm, Nədən həyat, Bir dünya istəyirəm, istəyirəm, İkimizin yerinə, Ana, Sənsizlik.
Filmoqrafiya
- Apreldən əvvəl may… Azərbaycan Xalq Cümhuriyyəti (film, 2001)
- Erməni soyqırımı. Türkün sözü (film, 2001)
- Mənə inanın! (film, 2007)
- Ruhum qarabağlıdır (film, 2012)
Somali səfəri
Qənirə Paşayeva 2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmiş, sakinlərə yardım
etmişdir. İki həftəlik səfər zamanı Qənirə Paşayeva ana-atasını itirmiş 100-ə yaxın somalili uşaqlar üçün öz dostlarının və Türkiyənin ” Kimsə Yok mu” fondunun dəstə ilə uşaq evi tikdirmişdir.
Vəfatı
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayeva 28 sentyabr 2023-cü ildə komaya düşərək Bakı şəhəri Mərkəzi kilinakada 48 yaşında dünyasını dəyişmişdir.