Sahil Coşqun oğlu Babayev – Qəhrəman şəhid, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Sahil Babayev 5 iyun 2002-ci ildə Şabranın Ceyranlı kəndində dünyaya gəlib. Orada doqquz il təhsil aldıqdan sonra Şabrandakı 2 saylı tam orta məktəb-liseyə daxil olub və 2019-cu ildə də Bakı Turizm Kollecinə qəbul olub.
Sahil Babayev hərbi xidməti
Sahil Babayev 2020-ci il 7 iyul tarixində həqiqi hərbi xidmətə gedib, hələ o zaman o, təhsilini başa vurmamışdı. Azərbaycan Ordusunun əsgəri olan Sahil Babayev 2020-ci il 27 sentyabrda Ermənistanın işğalında olan torpaqlarımızın azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Qəhrəman torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həyatını itirərək şəhid olub. Şəhidimizin nəşi, anadan olduğu Ceyranlı kəndində okytabrın 21-də dəfn edilib.
Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatıldığı, eyni zamanda vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün prezident İlham Əliyev tərəfindən 15.12.2020-ci il tarixli sərəncamla Sahil Babayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Eyni zamanda Suqovuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərə qatıldığı və şücaət göstərdiyi üçün prezidentin 29.12.2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medialı ilə təltif olunub.