Mikayıl Cabbarov: Nəyə görə diqqəti KOB-ların inkişafına yönəltməliyik?

“Hər şey yaxşı olduğu halda nəyə görə diqqəti KOB-ların inkişafına yönəltməliyik?”

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov KOBİA və Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) təşkilatçılığı ilə “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda İNSME-nin 18-ci İllik Toplantısında çıxışı zamanı bildirib.

“Güclü kiçik və orta sahibkarlığın qurulmasını nəzərdə tutmalı idik. İqtisadi və siyasi şokların fonunda biz sabitlik yaratmalı idik. Biz bildik ki, səhvlərimiz nədən ibarətdir və anladıq ki, nə etmək lazımdır. 2015-2016-cı illərdə uzun müddət neft və qazın yüksək qiymətindən sonra bazarlar tənəzzülə uğramağa başladı və bir çox şoklar yarandı. Odur ki, Azərbaycan öz milli pul vahidinin, devalvasiyanın ağrılı prosesinə keçmək məcburiyyətində qaldı. Bu, iqtisadiyyata, sosial sahəyə də təsir göstərdi”, – deyə nazir vurğulayıb.

Kiçik və orta sahibkarlığı sərt tənzimləmə qaydalarının tətbiq olunduğu sahə kimi qəbul etmirik deyən, Mikayıl Cabbarov əlavə edib ki, onlara mümkün olduğu qədər sərbəstlik və hesabat qaydaları ilə bağlı azadlıq vermək istəyirlər.

“Bir sıra xüsusi tədbirlər görmüşük. 7 illik gəlir vergisindən azad olunma o deməkdir ki, vaxtilə kiçik və orta sahibkarlıqda çalışanların sayı 500 min idisə, hazırda bu rəqəm 850 min insana çatıb. 10 milyonluq ölkə üçün bu qədər iş yerinin olması hər şeyi bildirir. Biz sahibkarların sayı ilə bağlı danışmırıq. Burada da nəzərəçarpan rəqəmlər var. KOB-ların qeyri-neft və qaz sektorunda payı 56%-a çatıb. Bizim gənclərin 27%-i KOB-ların işçiləridir”, – deyə nazir bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close
Close