Rəssam

Altay Hacıyev kimdir?

Azərbaycan Respublikasının xalq rəssamı, boyakarı Altay Hacıyev kimdir?

Həyatı

Altay Əmir oğlu Hacıyev 2 aprel 1931- ci ildə Bakı şəhərində anadan olmuşdur. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib, Kiyev Dövlət Rəssamlıq İnstitutuna qəbul olub, 1959-cu ildən beynəlxalq və respublika əhəmiyyətli sərgilərin iştirakçısı olmuşdur.  SSRİ Rəssamlar İttifaqının üzvü olan Altay Hacıyev  Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışmışdır.

Yaradıcılığı

Altay Hacıyev Əməkdar rəssam, Xalq rəssamı fəxri adına layiq görülmüş, həmçinin “Humay” mükafatı ilə təltif olunmuşdur. Prezident təqaüdçüsü olan Altay Hacıyev bir neçə fərdi sərgisi təşkil olunmuşdur.

Onun əsərləri Azərbaycan Dövlət Rəsm Qalereyasında, Azərbaycan Milli İncəsənət Muzeyində, xarici ölkə muzeylərində və nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır.

O, klassik Avropa rəssamlıq ənənələrini dərindən öyrənmiş, həmçinin əsərlərində şərqli duyumuna malik olduğunu göstərmiş, Azərbaycan təsviri sənətinin zəngin irsindən yaradıcılığında istifadə etmişdir.

Rəssam yaradıclığının böyük bir qismini kitab qrafikasına sərf etmişdir. Bir çox əsərlərə illüstrasiyalar çəkmiş, bir çox kitaba bədii tərtibat vermişdir. O, kitab qrafikası ilə kifayətlənməyib, rəngkarlıq sahəsində də bir neçə işlər görmüşdür. Rəngkarlıq əsərlərində şanlı keçmişimiz  və dahi şəxsiyyətlərimiz və zəngin mənəviyyat xəzinəmizin tərənnümü təşkil edir.

“Xalqımızın ulduzları” silsiləsindən olan “Tomris”, “Məhsəti Gəncəvi”, “Sara Xatun”, “Xurşudbanu Natəvan”, “Tuti Bikə”, “Aşıq Pəri”, “Ağa Bəyim Ağa” və digər əsərləri vardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close
Close