Musiqiçi

Xpert kimdir?

Xpert kimdir? Xpert tam adı nədir? Hansı mahnıları var? suallarına cavabı bu məqaləmizdən tapa bilərsiniz.

Xpert kimdir?

Xpert , tam adı Şəhriyar Zahid oğlu Atababayev 30 sentyabr 1990-cı ildə Bakıda doğulub. 2011-ci ildən bəridir replə məşğuldur.

Xpert fəaliyyəti

2009-cu ildə A4 ləqəbli reper ilə tanış olaraq “OD ForMat” adlı ilk mahnısını yayımlayıb. Əvvəllər replərini türk dilində yazırdı. Azərbaycan dilində yazdığı ilk musiqisi isə DissPersia olub. 2010-cu ildə bütün mahnılarından ibarət Qanun Beatz “Maddə 1 The Mixtape” adlı albomu işıq üzü görüb. “Rapsychology bootleg” adlı albomunu isə 2010-cu ilin dekabr ayında İnternetdə yayımlayıb.

2011-ci ildə – “Təcili Yardım” adlı konsertindən sonra hərbi xidmətə gedib. Hərbi xidmətdə olduğu müddət ərzində isə əvvəldən səsyazmasını etmiş musiqiləri noyabr ayının 11-i 2011-ci ildə Synaps Production tərəfindən tirajlanıb.

Xpert klipləri

İlk klipini öz evində qardaşı ilə birlikdə çəkib. “Şaman” adlı musiqiyə çəkilən klipin büdcəsi 11 manat 50 qəpik olub və “Youtube”da 1 gün ərzində 12 000 baxış toplayıb.

“Guerrilla” adlı ikinci klipini 2013-cü ilin avqust ayında təqdim edib.

2014-cü ildə “Sarışan Hallar”, eyni ilin avqust ayında isə “Bataqlıq Donuzu” klipləri təqdim olunub.

2015-ci il 30 sentyabrda Xpert yeni – “Və bir də” klipini sevənlərinə təqdim edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close