Əziz Sancar türkiyəli həkim akademik, biokimyaçı, molekulyar bioloq, elm adamıdır.
Əziz Sancar təhsili
1946-cı ildə Mardində anadan olan Əziz Sancar ilk və orta təhsilini Mardində alıb.
1969-cu ildə İstanbul Universitetinin tibb fakultəsindən birincliklə məzun olub. 2 il Mardinin Savur qəsəbəsindəki sağlamlıq mərkəzində həkim olaraq çalışıb. Daha sonra isə NATO-Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası təqaüd yolu ilə Cons Hopkins Universitetində təhsil alıb. Sonra Dallasdakı Texas Universitetində təhsilini davam etdirib. Doktorantura üzrə təhsilini isə Texas Universitetində tanınmış alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya proqramı əsasında alır.
Əziz Sancar mükafatları
1977-1982-ci illər ərzində Əziz Sancar Yel Universitetində tibb üzrə dərs keçir. Əziz Sancar 2001-ci ildə Şimali Korolina Seçilmiş Kimyaçı mükafatına layiq görülüb. Bu mükafat Amerika Kimya Cəmiyyəti tərəfindən verilib. 2005-ci ildə isə ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk amerikalı türk olub. Daha sonra isə həyat yoldaşı ilə birlikdə ABŞ-ın Şimali Karolina əyalətində “Karolina Türk Evi”ni yaradaraq ABŞ-da təhsil alan türk tələbələrə dəstək olmağa başlayır.
Əziz Sancar,İsveç Kral Elmlər Akademiyası tərəfindən Alfred Nobelin ölüm ildönümündə 10 dekabr tarixində təşkil edilən bir mərasimdə Kimya üzrə Nobel mükafatına layiq görülüb.
- ABŞ Milli Elm Fondu (National Science Foundation) Gənç Araşdırmacı mükafatı (1984)
- Amerika Fotobioloji Birliyi (American Society for Photobiology) mükafatı (1990)
- ABŞ Milli Səhiyyə İnstitutu (National Institutes of Health) mükafatı (1995)
- Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası TUBİTAK Elm mükafatı (1997)
- ABŞ Elm və Sosial Elmlər Akademiyası (American Academy of Arts and Sciences) mükafatı (2004)
- ABŞ Milli Elmlər Akademiyasının üzvü(2005)
- TÜBA (Türkiyə Elmlər Akademiyası) üzvü (2006)
- Vehbi Koç mükafatı (2007)
- Kimya üzrə Nobel mükafatı (2015)