Azərbaycanın gözəl səs sahiblərindən olan Şövkət Ələkbərov haqqında məlumat verəciyik. Şövkət Ələkbərova 1922-ci ildə oktyabr ayının 2-sində Bakıda anadan olmuşdur. Görkəmli sənətkar Asəf Zeynallı adına musiqi məktəbində Hüseynqulu Sarabskinin sinfində təhsil almışdır. 1938-ci ildə Azərbaycan Dövlət Mahnı və Rəqs ansanblında fəaliyyətə başlamışdır. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. Ş. Ələkbərova yüksək vokal mədəniyyətinə və muğam yaradıcılığında güclü improvzaisiya bacarığına malik idi.
Şövkət Ələkbərova İlk Çıxışları
1937-ci ildə yəni 15 yaşı olarkən musiqi yarışmasında iştirak edir. Burda sərgilədiyi gözəl ifaçılığı ilə bəstəkar Üzeyir Hacıbəyov, müğənni Bülbül kimi sənətkarlar onun yaxşı istedad nümayiş etdirdiyini düşünür və onların diqqətini cəlb etməyi bacarır. Opera Teatrında keçirilən son konsertdə “Qarabağ şikəstəsi”ni oxuyaraq ilk üçlükdə yer almışdır. Burdakı uğuru sayəsində o, peşəkar musiqi fəaliyyətinə başlamış oldu. Ş. Ələkbərovanın ifa etdiyi musiqilər insanları valeh edirdi. Onun mahnılarında sözlərlə mahnılar vəhdət təşkil etdiyindən daha da çox sevilirdi.
SSRİ məkanında bir çox şəhərlərdə və eləcə də Fransa, İsveçrə, Əfqanıstan, Misir, Türkiyə və Polşa kimi xarici ölkələrdə Şövkət Ələkbərova uğurlu çıxışlar etmişdir. Məlahətli səsin sahibi Ş. Ələkbərovanın repertuarına Azərbaycan xalq mahnıları və Orta Şərq mahnıları daxil idi.
Azərbaycan SSR xalq artisti və əməkdar artisti fəxri adların sahibidir.
Şövkət Ələkbərova Ailə Həyatı
Çox ağır ailə həyatı keçirən Şövkət Ələkbərova iki dəfə ailə həyatı qurmuşdur. Birinci həyat yoldaşını çox tez itirən sənətkarın ilk evliliyindən Natella adlı qızı dünyaya gəlib.
İkinci dəfə rejissor Lətif Səfərovla evlilik həyatı quran Ş. Ələkbərovanın Bəşir adlı oğlu dünyaya gəlmişdir. Bir neçə il sonra Lətif Səfərov intahar etmişdir.
Şövət Ələkbərova 70 yaşında 1993-cü ildə dünyasını dəyişmişdir. Onun məzarı Bakıda Fəxri Xiyabanda yerləşir.