Sahil Babayev: “2500-ə qədər şəxsin əlillik statusu ləğv olunub”

Jurnalistlərə müsahibə verən Sahil Babayev bu il 2500-ə qədər şəxsin əlillik statusunun ləğv olunduğunu söyləyib.

Sahil Babayev əlillik statusu ilə bağlı qeyd edib:

Əlillik statusunun ləğv edilməsi nəticəsində dövlət büdcəsinə təqribən 13 milyon manat qənaət edilib. Vəfat etmiş, saxta yolla pensiya əldə etmiş şəxslərlə bağlı məlumatlar mütəmadi olaraq monitorinq edilir pensiya təminatı dayandırılır. Bununla bağlı atılacaq addımlardan biri də ünvanlı sosial yardımdır. Elektron bazalar üzərindən aparılmış yoxlamalar nəticəsində saxta yollarla ünvanlı sosial yardım əldə edən yaxud buna çalışan şəxslərlə əlaqədar tədbirlər görülür.

Sahil Babayev əlillik statusunun ləğvi ilə bağlı bunları əlavə edib:

Saxta yollarla edilən yardımların orta məbləği 200 manatdan çoxdur. Bu məbləğ hər il ərzində çoxalır. Lakin ünvanlı sosial yardım insanların işləməməsinə səbəb olmamalıdır. Çox təəssüf ki, bu istiqamətdə bəzi işbazlar saxta əmək müqavilələri əldə etməyə çalışırlar. Məlum olub ki, bəzi şirkətlərin onlarla, hətta yüzlərlə ünvanlı sosial yardım alan əməkdaşı var. Bu əməkdaşlarla əmək müqaviləsi imzalanıb, ünvanlı sosial yardımlar almaq üçün elektron müraciət edildikdən sonra həmin müqavilələr ləğv olunub.

Sahil Babayev bununla bağlı vətəndaşlara müraciət edib:

Vətəndaşlarımıza bununla bağlı bir daha müraciət etmək istəyirəm ki, ünvanlı yardıma görə müraciət üçün hər hansı vasitəçiyə ehtiyac yoxdur. Bunun üçün tam şəkildə elektronlaşdırılmış müraciət forması var və vətəndaşlar sadəcə diqqətlə bu müraciət formasını doldurmalıdırlar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close