Sahil Babayev: erməni terrorundan zərər çəkən şəxslər sosial dəstəklə əhatə olunub
Nazir Sahil Babayev erməni terrorundan zərər çəkənlər ilə əlaqəli konkret tədbirlər planı əsasında sosial dəstək tədbirləri görülür. Nazir bunun prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirildiyini xüsusilə vurğulayıb: Son bir ay ərzində bu tədbirlər həmin kateqoriyalardan olan artıq dörd mindən çox şəxsi əhatələyib.
Nazir deyib ki, hər gün daha da inkişaf edən dəstək tədbirlərinin bir hissəsi şəhid ailəsi üzvlərinin sosial təminat hüquqlarının təmin edilməsidir. Bu istiqamət üzrə mütəmadi və operativ işlər görülür. Sahil Babayev erməni terrorundan əziyyət çəkən şəhid ailələrinin üzvlərinə Prezidentin aylıq təqaüdlər, pensiyalar və müavinətlər təyin etdiyini vurğulayıb.
Bu proses, həmçinin Vətən müharibəsində şəhid olanların ailə üzvləri, müharibə iştirakçıları, yaralanmış hərbçilər, erməni terrorundan zərər çəkənlərin aktiv məşğulluq proqramlarına cəlb edilməsi, həmin şəxslərin sosial-psixoloji dəstəklə təmin edilməsi və s. davam edir. Nazirliyin əməkdaşları tərəfindən hər bir şəhid ailəsi, müharibə iştirakçısı, müharibədən zərər çəkən şəxslə görüşülür və onların dövlətin sosial dəstəyi ilə əhatə olunması üçün hər bir işlər görülür.
Sahil Babayev erməni təcavüzündən zərər çəkənlər, şəhid ailələri, Milli Qəhrəmanlarla bağlı proaktiv xidmətlər də daxil olmaqla daha dörd proaktiv, iki elektron, beş e-arayış xidməti təqdim edildiyini vurğulayıb. Hazırda Nazirliyin otuz biri proaktiv olan, altmışa yaxın e-xidməti, həmçinin iyirmi e-arayış xidmətləri də var. Bunlardan bir hissəsi şəhid ailələri, Milli Qəhrəmanlar, müharibə əlilləri ilə əlaqəlidir. Bu proaktiv xidmətlərin əhatəsi getdikcə daha da inkişaf edəcək və bu günlər ərzində bir sıra yeni e-xidmətlər də təqdim olunacaq. Bu işlər insanlara, xüsusilə də həmin kateqoriyalardan olan vətəndaşlara daha keyfiyyətli, şəffaf xidmətlər göstərmək məqsədilə həyata keçirilir.
Keçirilən kollegiya iclasında peşə və kvalifikasiya standarlarının hazırlanması sahəsində görülən işlər nəzərdən keçirilib. İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılmasında və peşə-ixtisas təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasında bu standarların önəmi vurğulanıb.
Eyni zamanda iclasda 2020-ci il ərzində reabilitasiya müəssisələrində əsaslı təmir və yenidənqurma, yeni sosial obyektlərin tikintisi və digər qarşıda duran vəzifələr müzakirələr olunub, bir neçə peşə və kvalifikasiya standartlarının təsdiqi ilə bağlı qərarlar alınıb.