Azərbaycanda kənd təsərrüfatı təyinatlı dronlar istehsal olunacaq

Azərbaycanda kənd təsərrüfatı təyinatlı dronlar istehsal olunacaq.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Bakıda keçirilən sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro”) və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin (“InterFood Azerbaijan”) üçüncü günü çərçivəsində təşkil olunan 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumunda çıxışı zamanı deyib.

O bildirib, sözügedən dronların istehsalı ilə bağlı Azərbaycan və Türkiyə şirkətləri razılıq əldə ediblər: “Həmin istehsal olunacaq kənd təsərrüfatı təyinatlı dronlar nazirliyin güzəşt tətbiq olunan innovativ avadanlıqlar siyahısına salınıb.

Bununla da bizim yerli fermerlərimiz, şirkətlərimiz o dronlardan sifariş etdiyi təqdirdə 40% dövlət dəstəyi əldə edə biləcəklər. Bu da təbii ki, dövlətin yerli istehsala göstərdiyi dəstəyi özündə ehtiva edir”.

Bir cavab yazın

Back to top button
Close
Close