Sahil Babayev: “Dinamik artımla əlaqədar ünvalı sosial yardımların sayı artıb”

Sahil Babayev iclasdakı çıxışı zamanı, Prezident İlham Əliyevin ötən illərdə keçirdiyi islahatlar nəticəsində ölkəmizdə ciddi irəlləyişlərin müşahidə olunduğu inkişaf olduğunu bildirmişdir. Sahil Babayev birinci rübü yekunlarına dair keçirilmiş iclas zamanı nazirliyinin gördüyü işlərin təhlilini etmişdir.

Son dövrlər əhalinin yardıma ehtiyacı olan təbəqəsinə ayrılmış xüsusi diqqət təqdirə layiqdir. İstər məşğulluğa işlə təminolunma ilə bağlı, istər pensiyaçı təbəqə, istərsə də şəhid ailələrinə olan yardımlar nazirliyin nəzarəti və hazırladıqları xüsusi program nəticəsində aparılmışdır.

Qeyd olunduğu kimi şəhid ailələri və müharibə əlilləri ümumilikdə  12500-dən çox mənzil və ya fərdi yaşayış evi ilə təmin olunublar. Bu il 1500 şəhid ailəsi və müharibə əlilinin mənzil və ya fərdi mənzillə təmin olunacağı bildirilmişdir.

Eyni zamanda dinamik artımla əlaqədar olaraq ünvalı sosial yardımların sayı artmış, bir ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği 21 faiz artaraq 300 manat olmuşdur. Ümumilikdə son 3 ay ərzində ölkə ərazisində əmək münasibətlərinin leqallaşdırlması sayəsində sığorta daxilolmalarında 152 milyon manat artım  müşahidə olunmuşdur.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısının qeyd etdiyi kimi, “Yeni  ilin ilk üç ayında ölkəmizdə bütün sahələrdə inkişaf müşahidə olunmuşdur. Bu üç ayın yekunlarını ötən iləldə etdiyimiz inkifın davamı kimi dəyərləndirməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close
Close