Sahil Babayev erməni işğalçılarına qarşı vuruşan qazilərin elektron protezlərlə təminindən danışıb
Nazir Sahil Babayev erməni işğalçılarına qarşı döyüşən ikinci Qarabağ müharibəsində yaralanmış, amputasiya olunmuş hər bir qazinin yüksək texnologiyaya malik, elektron protezlərlə təmin ediləcəyini söyləyib.
Dövlət başçısı İlham Əliyevin tapşırığı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi torpaqlarımız uğrunda gedən döyüşlərdə yara alaraq orqanlarını itirmiş vətəndaşlarımıza yüksək texnologiyaya sahib, elektron protezlərlər təqdim etməyə başlayıb. Qazilərin hər biri müasir protezlərlə təmin olunacaq.
Bu haqda nazir KİV-ə müsahibə verib. O, müsahibəsində bildirib ki, son 2 il ərzində ölkənin bütün regionlarını əhatə edən on bir reabilitasiya və sosial xidmət mərkəzinin tam təmir edilmiş və yenidən hazırlanmış, müasir avadanlıqlarla təmin edilib.
Nazir həmçinin 2021-ci il ərzində daha dörd bu cür mərkəzin açılacağını söyləyib. Dövlət başçımız İlham Əliyevin iştirakı ilə həmin mərkəzlərdən biri – ölkədə ən iri reabilitasiya müəssisəsi olan Şağan Rebilitasiya Pansionatının 25 fevral tarixində açılışı baş tutub.