Sahil Babayevin anasının əlilliyinin saxta olması ilə bağlı açıqlama

Əmək və Əhalinin Sosial müdafiə naziri Sahil Babayevin anasının əlilliyinin guya saxta olması ilə bağlı ƏƏSMN-nin İctimaiyyətlə Əlaqələr üzrə şöbəsinin müdiri Fazil Talıbov açıqlama verib. Həmin açıqlamanı sizə təqdim edirik:

“Sosial şəbəkələrin verdiyi imkanlardan öz məkrli xislətinə uyğun olaraq istifadə edən, xaricdə oturub ölkəmizə qarşı şərəfsizcəsinə böhtan və qarayaxma kampaniyası edənlər “fəaliyyətlərini” davam etdirirlər. Sosial mudafie naziri Sahil Babayevin anası Nailə Babayevanın əlilliyinin guya əsassız olması barədə həqiqətdən və həmçinin leyaqetden uzaq paylaşımlar da bunun ardıdır.

Nailə xanım iyirmi beş ildir ki, ağır şəkərli diabet-insulun xəstəsi olmaqla yanaşı, həm də ürəyin xronki işemik xəstəliyindən əziyyət çəkir: “Dəfələrlə ağır ürək əməliyyatları keçirib və ürəyinə altı stend yerləşdirilib. Daha sonra isə ürəyində aorta koronar şuntlaşma əməliyyatı icra edilib. Belə olan halda isə 2005-ci ildə ona təyin edilən əlilliyin guya 2016-cı ildə təyin olunduğu və əsassız olmasıyla bağlı məqsədli formada dezinformasiya yaymaq ləyaqət hissindən uzaqdır.

Rüşvətxorluğa və saxtakarlığa görə ƏSMN-dən uzaqlaşdırılan şəxslərin təşkilatçılığı ilə bu kimi yalan, böhtan tipli məlumatları yayanlar öz ailələrinin içində saxtakar axtarışına çıxsalar, cəmiyyətə daha faydalı olarlar. Çünki o zaman saxtakarın kim olduğunu biləcəklər”.

Sahil Babayev haqqinda məlumat

O, 1980-ci ildə Bakıda doğulub. Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsi üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr magistr dərəcəsini fərqlənmə ilə bitirib, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb. İngilis, rus və türk dillərini əla, fransız dilini yaxşı səviyyədə bilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close
Close