Sahil Babayevin ailesi

Sahil Babayevin ailesi ilə bağlı axtarış edirsinizsə, məqaləni sona qədər oxuyun.

Sahil Babayevin atası kimdir?

Sosial müdafiə naziri Sahil Babayevin atası polis polkovniki Rafiq Babayevdir. Rafiq Babayev uzun müddət Daxil İşlər Nazirliyi Pasport və Qeydiyyat İdarəsinin rəisi vəzifəsində çalışıb.

Sahil Babayevin anası kimdir?

Sahil Babayevin anası kimdir sualı ilə bağlı axtarışlar çox olsa da, təəssüf ki, bu barədə təsdiqlənmiş informasiya yoxdur.

Babayev Sahil Rafiq oğlu 1980-ci ildə Bərdədə anadan olub. Tanınmış və nüfuzlu nəsildəndir. Bəzi mənbələrdə Əslən Qərbi Azərbaycanın Vedibasar mahalının Vedi rayonundan, digər bir qrup şəxslər tərəfindən isə Dərələyəz mahalının (Zəngəzur mahalı ilə Dərələyəz mahalının kəsişdiyi nöqtə olan) Əzizbəyov rayonundan olduğu söylənilsə də, təəssüf ki, bu informasiya da dəqiqləşdirilməyib.

2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər” sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.

1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb.

2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib.
2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib. Ailəlidir, iki övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close
Close