Sahil Babayev: Şəhid ailələri üçün mənzillərin tikintisi yekunlaşmaq üzrədir

Nazir Sahil Babayev şəhid ailələri və müharibə əlilləri üçün 500-ə yaxın fərdi yaşayış evinin tikintisinin yekunlaşmaq üzrə olduğunu söyləyib. O, əlavə edib ki, evlər yaxın vaxtlarda vətəndaşların istifadəsinə veriləcək.

Nazir Sahil Babayev keçirilən kollegiya iclasında çıxışı zamanı söyləyib ki, ölkə prezidenti İlham Əliyevin uğurlu siyasətinin keçən il də Azərbaycanda  köklü irəliləyişlərin qazanılmasına və 2022-ci ilə yeni sosial islahatlarla başlamağa imkan verib.

Eyni zamanda imtiyazlı kateqoriyalardan olan insanlara verilən evlərin sayının üç ilə nisbətən beş dəfə artaraq üç minə çatdığını və il ərzində bu istiqamərdə aparılan işlərin davam etdirilir.

Bu vaxta qədər həmin şəxslərə 12 300-dən artıq yaşayış mənzilləri verildiyini sözlərinə əlavə edən nazir 2022-ci ilin növbəti islahat paketi olaraq 3.4 milyon vətəndaşı əhadə edən sosial ödənişlərdə ciddi artımlarla başladığını və bu artımlara illik əlavə 2.1 milyard  manat sərf ediləcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close
Close