Nazirlik Sahil Babayevin istefa xəbərini təkzib edir

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin öz vəzifəsindən istefa verməsi ilə bağlı xəbərlər sosial şəbəkələrdə yayılıb.

Sosial müdafiə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Müşkinaz Qasımova bu sorğulara cavab olaraq bildirib ki, bu məlumat həqiqətə uyğun deyil, şayiədir.

“Yayılan xəbər həqiqəti əks etdirmir. Nazir Sahil Babayev hazırda öz vəzifəsinin başındadır”.

Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq paytaxt.org xəbər saytı yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close
Close