Sahil Babayev erməni cinayətlərindən bəhs edib

Sahil Babayev erməni vəhşilikləri və eyni zamanda onların mülki əhalimizə qarşı törətdiyi terrordan “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” üzrə Dünya Bankının missiyasına məlumat verib.

Sosial mudafie naziri Sahil Babayev erməni silahlı qüvvələrinin 30 ilə yaxındır BMT qətnamələrinə əhəmiyyət qoymadan torpaqlarımızı işğal altında saxlayıb. Hələ də Ermənistan ölkəmizə qarşı hərbi təxribatlar törətməyə davam edir. 10 oktyabr tarixində atəşkəs elan olunsa da, Ermənistan tərəfi bu anlaşmanı, bununla birlikdə beynəlxalq hüquq norma və prinsiplərini kobud formada pozub cəbhədən aralı yerləşən Gəncə şəhərinə “Skad” tipli ballistik raket atıb. Nazir Sahil Babayev Ermənistan ordusunun törətdiyi terror nəticəsində on nəfərin həyatını itirdiyini və otuz dörd nəfərin yaralandığını söyləyib. O, həmçinin Ermənistan Silahlı Qüvvələrinin 27 sentyabr tarixindən dinc sakinlərə qarşı hücumlar etdiyini və nəticədə 43 mülki şəxsin qətlə yetirildiyini, 214 nəfərin yaralandığını söyləyib. Bununla yanaşı 277 mülki obyekt, 66 yaşayış binası və 1505 yaşayış evi  yararsız hala düşüb.

Nazir eyni zamanda məğlubedilməz ordumuzun uğurlu əks-hücumlarından və bu əks-hücum əməliyyatlarının öz torpaqlarımızda aparılmasından və qazandığımız möhtəşəm qələbədən də danışıb.

Dövlət başçımız Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən özünəməşğulluq proqramları haqqında da danışan nazir S.Babayev bu layihənin ölkədə aztəminatlı ailələrin kiçik biznesə çıxışına şərait yaratdığını öz nitqinə əlavə edib.

Nazir bu proqramın genişləndirilməsində Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi”nin əhəmiyyətindən də bəhs edib. Bu layihə istiqamətində 2020-2025-ci il müddətində 22 000 işsiz şəxsin özünüməşğulluq proqramına cəlb olunmasının və bununla yanaşı məşğullqu xidmətləri və proqramlarının gücləndirilməsinə dəstəyin verilməsinin və s. nəzərdə tutulduğunu söyləyib.

Bir cavab yazın

Back to top button
Close
Close