Sahil Babayev Azərbaycanla BƏT arasında əməkdaşlıq məsələlərini müzakirə edib

Cenevrədə keçirilən Beynəlxalq Əmək Konfransının 112-ci sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Jilbert Hunqbo ilə görüşüb. Bu görüş Beynəlxalq Əmək Təşkilatı (BƏT) çərçivəsində keçirilib.

Sahil Babayev bildirib ki, Azərbaycan BƏT-in 60-dək Konvensiyasına üzvüdür və hazırda 10 əsas konvensiyadan 9-nu ratifikasiya edib. Bildirilib ki, daha iki müqavilənin təsdiqi ilə bağlı işlər yekunlaşmaq üzrədir, daha bir müqavilənin təsdiq olunması imkanları dəyərləndirilir. O, ötən il Layiqli Əmək üzrə iki Ölkə Proqramının uğurla həyata keçirildiyini, Növbəti Layiqli Əmək üzrə Ölkə Proqramının da layihəsinin hazırlandığını bildirib.

Sahil Babayev Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə də məlumat verib. O, “Böyük Qayıdış Proqramı” çərçivəsində insanların öz torpaqlarına qayıtması ilə aktiv köçürmə proqramlarının həyata keçirildiyini, işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı köçürmə və quruculuq işlərinin aparıldığını vurğulayıb.

Jilbert Hungbo Azərbaycanın fəal beynəlxalq əməkdaşlığın daim genişləndirilməsi istiqamətində səylərini yüksək qiymətləndirdiyini və ölkəmizdə sosial sahədə aparılan islahatların yüksək qiymətləndirildiyini bildirib.

Sessiya çərçivəsində BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Beate Andrees ilə görüş keçirilib. Görüşdə yeni hazırlanmış Ölkə Proqramı ilə bağlı fikir mübadiləsi aparılıb.

Hər iki görüşdə Azərbaycan ilə BƏT arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Sahil Babayev Azərbaycanın beynəlxalq aləmdə fəal əməkdaşlığının, sosial islahatlarda əldə etdiyi nailiyyətlərin ölkədə sosial müdafiə və məşğulluq siyasətinin inkişafına töhfə verdiyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close
Close