Sahil Babayev açıqladı: Yaşa görə təyin edilən pensiya…

“Gələn il ölkəmizdə sosial müavinətlərin artırılması nəzərdə tutulur”. Artımlar üçün 182 milyon manatın ayrılacağı gözlənilir. Bu barədə sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib. Nazir gələn il yaşa görə təyin edilən pensiyanın isə 375 manata çatdırılacağını da söyləyib. O, əsassız və saxta pensiya işlərinin ləğvindən də söhbət açıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı bildirib ki məcburi dövlət sosial sığorta haqqı hesabına ödənilən müavinətlərin dinamikasında 46 faiz artım gözlənilir. Nazir Əlavə edib ki, bununla bağlı müəyyən vəsait ayrılacaq.

Sahil Babayev çıxışında yaşa görə pensiyanin nə qədər artırılacağını da açıqlayıb.

Nazir çıxışına əlavə edib ki, “2018-ci ildə 25 milyon, 2019-cu ildə 133 milyon, 2020-ci ildə 346 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib. Cari ilin 10 ayı üzrə isə əsassız və saxta pensiya işlərinin ləğv edilməsi nəticəsində təqribən 500 milyon manat məbləğində vəsaitə qənaət edilib.

Bir cavab yazın

Back to top button
Close
Close