Sahil Babayev müşavirinə vəzifə verdi- Çingiz Əliyev işdən çıxarıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Çingiz Əliyev işdən çıxarıldı.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müvafiq əmri ilə, müşaviri Abbasbəyli Mustafa Aslan oğlu Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri təyin olundu

Qeyd edək ki, bu ilin yanvar ayının 21-də Mustafa Abbasbəyli Azərbaycanın Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müşaviri təyin edilmişdi.

Sahil Babayev kimdir?

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib. Xarici iqtisadi fəaliyyətlə bağlı şöbələrin və ticarət nümayəndəliklərinin, “Azpromo” İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Tranzit Yükdaşımaları üzrə Koordinasiya Şurasının kuratoru, “Cənub Qaz Dəhlizi” layihəsində İqtisadiyyat Nazirliyi tərəfindən kurator, “Azergold” QSC-nin Müşahidə Şurasının sədri, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının və “SOCAR Türkiyə Ege” Kompleksinin (“Star” layihəsi) Direktorlar Şurasının üzvü kimi çalışıb.

Almaniya, Çexiya, Sloveniya, Argentina və Braziliya ilə Hökumətlərarası Komissiyaların həmsədri, Şimal-Cənub dəhlizinin Rəşt-Astara hissəsinin maliyyələşdirilməsinə dair Azərbaycan – İran İşçi Qrupunun həmsədri, 19 ölkə ilə Hökumətlərarası Komissiyaların üzvü olub.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Kommersiya hüququ” dövlət imtahan komissiyasının sədridir.

Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib.

İngilis, rus və türk dillərini əla, fransız dilini yaxşı səviyyədə bilir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ehtiyatda olan zabitdir.

Ailəlidir, 3 övladı var.

Bir cavab yazın

Back to top button
Close
Close