Nazir Sahil Babayev xanım Tsehtis MakDeyqan ilə görüş keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Nazir Sahil Babayev ilə Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı Nümayəndəliyinin direktoru xanım Tsehtis MakDeyqan ilə görüş keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, ötən dövr ərzində nazirliklə AİB arasında uğurlu əməkdaşlıq təcrübəsi yaradılıb. Nazir təşkilatın 2014-2018-ci illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası, eləcə də “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sosial müdafiə sahəsində Asiya İnkişaf Bankının dəstəyinin gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilən birgə işlərin əhəmiyyətini vurğulayıb. ” “.

Ölkəmizdə əmək bazarı, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar, DOST Konsepsiyası, aktiv məşğulluq proqramları, əhalinin həssas qruplarının rifahına yönəlmiş sosial müdafiə tədbirləri barədə məlumat verilib.

K.Makdeyqan əmək, məşğulluq və sosial müdafiə sahələrində islahatlar prosesində əməkdaşlığın davam etdirilməsinin vacibliyinə diqqət çəkib. Görüşdə gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Back to top button
Close
Close