Sahil Babayev əlillik təyin edilən şəxslərin sayını açıqlayıb
Nazir Sahil Babayev əlillik təyini ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya iclasında danışıb. O, bildirib ki, bu il 51 minədək şəxsə əlillik təyin olunub.
Sosial müdafiə naziri Sahil Babayevin dediyi sözlərə əsasən, əlilliyi olan 8 min qaziyə 40 mindən çox protez-ortopedik və digər reabilitasiya vasitəsi verilib.
Bununla yabaşı aşağı və yuxarı ətrafları amputasiya edilmiş 164 hərbçinin 173 ən müasir 4-cü nəsil elektron protezlə təmin edildiyi də vurğulanıb.
Sahil Babayevin sözlərinı görə, bu günə qədər 40 mindən çox əlilliyi olan şəxsə təkrar əlillik təyin edilib: “Bu da ötən illə müqayisədə iki dəfə artıq deməkdir. Bu proses şəffaf və tam şəkildə icra olunur. Proses iki mərhələdən ibarətdir. Birinci növbədə səhiyyə müəssisələrində vətəndaşın ümumi səhiyyə vəziyyəti tam qiymətləndirilir və onun əsasında elektron məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, TƏBİB, səhiyyə mütəxəssisləri və ehtiyac yaranarsa, Müdafiə Nazirliyinin nümayəndələri cəlb olunur və müvafiq əyani müayinələr nəticəsində qiymətləndirmə aparılır. Bu günə qədər 41 minə yaxın vətəndaşımıza əlillik təyin olunub. Vətən müharibəsi zamanı yaralanmış 2000 mindən artıq qazimizə də əlillik təyin olunub. Bu proses şəffaf şəkildə icra olunmağa davam edir”.