Sahil Babayev erməni işğalından xilas olunmuş ərazilərdə qurulacaq infrastruktrdan danışıb

Sahil Babayev erməni işğalından azad edilmiş torpaqlarımızın bərpası, eyni zamanda yenidən qurulma prosesi çərçivəsində həmin ərazilərdə müasir sosial infrastruktur qurulacağından bəhs edib.

2020-ci il tariximizə ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm qələbəsi sayəsində qızıl hərflərlə həkk olundu.

Bu barədə sosial müdafiə naziri Sahil Babayev nazirlikdə keçirilən iclasda danışıb. İclas Ali Baş Komandan Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan müşavirədə ölkə başçısının sosial sahə ilə bağlı verdiyi tapşırıqların icrası ilə bağlı qarşıdakı vəzifələrə həsr olunub.

Sahil Babayev 2020-ci ildə sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndiyini bildirib. Müşavirədə də prezident İlham Əliyev keçən il sosial sahə ilə bağlı çox böyük işlər görüldüyünü vurğulayaraq deyib: “Bu il biz şəhid ailələri üçün daha böyük həcmdə evlərin verilməsini təmin etməliyik. Bütövlükdə 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib”.

Sahil Babayev qeyd edib ki, keçən il min beş yüz mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə təqdim edilməsi nəzərdə tutulub. Bu günlərdə də bu işlərin icrası tamamilə yekunlaşacaq.

“Keçən il özünəməşğulluq proqramı on iki min şəxsi əhatə edərək daha da genişləndirilib” deyən nazir Sahil Babayev 2021-ci il üçün proqrama on altı min şəxsin cəlb olunmasının planlaşdırıldığını qeyd edib. Nazir, ötən il əlavə bir DOST mərkəzinin və müasir tələblərə uyğun hazırlanmış altı reabilitasiya mərkəzinin fəaliyyətə başladığını söyləyib.

Torpaqlarımızın işğaldan xilas olması uğrunda gedən döyüşlərdə yaralanmış qəhrəmanlarımızın müalicə proseslərindən sonra kompleks tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunmaları üçün müasir reabilitasiya sistemi də yaradılıb.

Əmək və Əhalinin Sosial müdafiə nazirliyinin e-arayış xidmətlərinin sayı da arataraq altmış birə çatıb. Son bir il ərzində isə 95 min pensiya, müavinət, təqaüd təyinatının elektron qaydada aparılıb. Nazir bu il ərzində də vurğulanan istiqamətlərdə yeni mühüm işlərin davam etdiriləcəyini söyləyib.

Bir cavab yazın

Back to top button
Close
Close