Sahil Babayev müşavir təyin edib

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müşavir təyinatı ilə bağlı əmr imzalayıb.

Sosial müdafiə naziri Sahil Babayev müşavir olaraq Rüstəm Ağayevi təyin edib.

Müşavir Rüstəm Ağayev bu vəzifəyə təyin edilməzdən öncə Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinə rəhbərlik edib.

Ümumiyyətlə, qeyd edək ki, Rüstəm Ağayev 2003-cü ildə Sankt-Peterburq Dövlət Pediatriya tibb Akademiyasında Pediatriya ixtisası üzrə təhsil alıb. Tibb üzrə Fəlsəfə doktoru elmi dərəcəsini isə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı əldə edib. Bundan əlavə olaraq 2017-2020-ci illər ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsində Təlimə Dəstək Mərkəzinin direktor müavini kimi çalışıb.

Bir cavab yazın

Back to top button
Close
Close