Sahil Babayev nazir təyin olundu
Azərbaycan Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinə Sahil Babayev nazir təyin olundu.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin aprelin 21-i 2018-ci il tarixli sərəncamı əsasında ƏƏSMN-ə Sahil Babayev nazir təyin olundu.
Vurğulayaq ki, Sahil Babayev nazir təyin olunana qədər iqtisadiyyat nazirinin müavini kimi fəaliyyət göstərib.
2009-2011-ci illər ərzində İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyaların əlaqələndirməsi üzrə bölmənin müdiri, 2011-ci ildən başlayaraq isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsində müdir kimi çalışıb.
Çexiya, Sloveniya, Almaniya, Braziliya və Argentina ilə Hökumətlərarası Komissiyaların və Şimal-Cənub dəhlizinin Rəşt-Astara bölgəsinin mailiyyələşdirilməsinə aid Azərbaycan-İran İşçi Qrupunun həmsədri olub. 19 ölkə ilə Hökumətlərarası Komissiyaların üzvü olub.
Bununla yanaşı, BDU-nin Hüquq fakultəsində “Kommersiya hüququ” dövlət imtahan komissiyasının da sədridir.
Əlavə edək ki, nazir Sahil Babayev Bakıda 1980-ci ildə anadan olub. Fransız dilini yaxşı, ingilis, rus və türk dillərini əla dərəcəsində bilir. YAP-ın üzvü olan nazir Sahil Babayev ehtiyatda olan zabitdir.