Sahil Babayev: Postmüharibə dövründə qazilərimizin reabilitasiyasına ciddi önəm verilib
Nazir Sahil Babayev qazilərin reabilitasiyası ilə bağlı mediaya müsahibə verib.
Ötən müddət ərzində təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzləri tərəfindən Vətən müharibəsinin 11 min iştirakçısına reabilitasiya və sosial-psixoloji dəstək verilib.
Bu məlumatı nazir Sahil Babayev mediaya müsahibəsində bildirib.
Nazir qeyd edib ki, əzalarını itirmiş qəhrəmanlarımızın 200 nəfərinə ən müasir 4-cü nəsil elektron tam funksional protezlər qoyulub:
“Ötən dövr ərzində 21 min reabilitasiya vasitəsi müharibə əlillərinə təqdim olunub”, – S.Babayev vurğulayıb.