Sahil Babayev şəhid ailələri və qazilərin məşğulluğu ilə bağlı müraciət edib
Vətən müharibəsində canından keçən şəhid ailəsi üzvləri və yaralanan Vətən müharibəsi iştirakçılarının məşğulluğunun təmini məqsədilə həyata keçirilən Məşğulluq Marafonuna qoşulan şəxslərin sayı günü-gündən artır.
Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev Məşğulluq marafonuna 100-dən artıq işəgötürənin qoşulduğunu söyləyib.
Sahil Babayev Mesgulluq marafonuna qoşulmaq üçün vidoe müraciət edib: https://www.youtube.com/watch?v=76oU-obUNZI
Bu marafonda iştirak edərək işəgötürənlər qəhrəman şəhidlərimizin ailəsinə və Vətən uğrundan gedən döyüşlərdə yaralanan qazilərimizin məşğulluğuna dəstək vermiş olurlar.
İşəgötürənlər sosial müdafiə nazirliyi tərəfindən başladılan marafona qoşulmaq üçün dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə keçid edərək vakansiyalarını göndərə bilərlər.