Sahil Babayev xanım Milica Buriclə görüşüb
Azərbaycan və Monteneqro Hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Monteneqronun Azərbaycandakı diplomatik nümayəndəliyində olub və missiyanın rəhbəri xanım Milica Buriclə görüşüb.
Nazir Monteneqroda 10 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən faciə ilə əlaqədar xanım Milica Buricə dərin hüznlə başsağlığı verib.
Nazir nümayəndə heyətinin açdığı matəm kitabına ürək sözlərini yazıb.