Sahil Babayevin erməni həmkarı istefa verdi
Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin (Sahil Babayev) erməni həmkarı istefa verdi.
Ermənistanın əmək və sosial məsələlər üzrə naziri Mesrop Arakelyan aprelin 23-də tutduğu vəzifədən istefa verib.
Bu barədə o, Feysbuk səhifəsində məlumat verib.
O, müharibədən sonra yaranan vəziyyətin çətinliklərini dəf etmək üçün məsuliyyəti üzərinə götürdüyünü bildirib və onu da əlavə edib ki, hazırda bu istiqamətdə sosial problemlər aradan qaldırılıb.
Məlumata əsasən, Arakelyan Ermənistan hökumətinin bir sıra qərarlarına qarşı olub. O, hətta yeni il tətillərinin yanvarın 2-dək azaldılmasına etiraz edib və bunun iqtisadi baxımdan birmənalı qarşılanmadığını bildirmişdi.
Nazir Sahil Babayev erməni faşizmi ilə mübarizə aparan nazirlik əməkdaşlarıyla görüşüb
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev erməni faşizmi ilə mübarizə aparmaq üçün Vətən müharibəsində iştirak edən nazirlik əməkdaşları ilə görüşüb.
Nazir Sahil Babayev erməni faşizmini məhv edən Azərbaycan Ordusunun prezident İlham Əliyevin rəhbərliyi ilə dünya hərb tarixinə həkk olunan yüksək səviyyədə döyüş qabliyyəti nümayiş etdirdiyini bildirib. Otuz ilə yaxın işğal altında olmuş torpaqlarımız cəmi 44 günə azad olundu.
Sahil Babayev erməni əsgərləri ilə mübarizə apararaq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyib və onların xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını söyləyib.
Nazir həmçinin vurğulayıb k, Prezidentin 28 sentyabr 2020-ci il tarixində imzaladığı sərəncama uyğun olaraq səfərbərlik çərçivəsində ƏƏSMN-də çalışan 84 əməkdaş İkinci Qarabağ müharibəsində iştirak edib.
Nazir Sahil Babayev erməni vəhşiliyi ilə mübarizə aparan, Vətən müharibəsində iştirak edən Nazirlik əməkdaşlarından 27 nəfərin müxtəlif medallarla təltif olunduqlarını söyləyib. Əməkdaşlar Prezident İlham Əliyevin sərəncamları ilə “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunublar. Onlardan bəziləri 2, bəziləri isə 3 medala layiq görülüb.
Nazir tarixi Zəfərimizin qazanılmasına öz töhfəsini verən nazirlik əməkdaşlarına təşəkkürlərini bildirib, xoş arzularını çatdırıb: “Siz fəaliyyət sahənizdə nizam-intizamlı, bacarıqlı və işgüzar kadrlar olmaqla yanaşı, özünüzü döyüş meydanında Vətənin cəsur əsgərləri olaraq da şərəflə doğrultdunuz. Sizinlə fəxr edirik!”.
Eyni zamanda Sahil Babayev erməni işğalından azad edilmiş torpaqlarımızın bərpası və yenidən qurulması işləri daxilində həmin ərazilərdə müasir infrastrkturun qurulacağını, DOST mərkəzləri, sosial xidmət və reabilitasiya müəssisələrinin yaradılacağını, sosiam müdafitə və aktiv məşğulluq proqramlarının geniş vüsət alacağını bildirib.
Vətən müharibəsində iştirak edən nazirlik əməkdaşları görüşdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi hərbi döyüşlərə qatılaraq, doğma torpaqlarımızın erməni işğalından azad edilməsində iştirak etdiklərinə görə fəxr hiss keçirdiklərini vurğulayıblar.