Sahil Babayev: “850 minədək vətəndaş DOST xidmətlərindən istifadə edib”

Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev verdiyi müsahibəsi zamanı son dövrlər vətəndaşlara xidmət sahəsində aktual olan DOST xidmətlərinin fəaliyyətindən danışmışdır. O, bildirmişdir ki, təkcə ötən dövrdə DOST mərkəzlərində 850min insana xidmət göstərilmişdir. Göstərilmiş xidmətlərdən razılıq 98 fazi təşkil edir.

Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətində aparılan islahatlar vətəndaşların rifahına yönəlmişdir. Belə ki, vətəndaşlara xidmət modelinə keçid edən islahat nəticəsində fond strukturu beynəlxalq səviyyədə yüksək qiymətləndirilmişdir.

Dövlət Sosial Müdafiə Fondunun son dövrlərdə qazandığı uğrlardan geniş söhbət açan S. Babayev, Böyük Britaniyanın “iESE” təşkilatının təşkil etdiyi müsabiqədə “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” mükafatına, sosial təminat sahəsində fəaliyyət və istifadə olunan metodlara görə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatına layiq görülüb. Eyni zamanda  həmin asossasiyanın keçirdiyi son müsabiqədə “Ən yaxşı mütərəqqi təcrübə” mükafatına da sahib olmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close
Close