Sahil Babayev əmək qanunvericiliyinə dair onlayn müşavirədə çıxış edib
Sahil Babayev əmək siyasəti və əmək qanunvericiliyinə əməl olunmasına nəzarət məsələlərinə dair onlayn müşavirədə iş yerlərində qanunvericiliyin tələblərinə əməl olunması mexanizminə elektron sistem vasitəsilə nəzərat olunduğunu bildirib. Əhalinin həssas təbəqəsinin yaşam keyfiyyətlərinin yüksəldilməsi yönündə Prezident İlham Əliyevin keçirdiyi islahatların uğurlu nəticələrini xüsusilə vurğulayıb. Bu, özünü əməkhaqqı sistemində aydın göstərir: son 4 ildə minimum əmək haqqı 2,3 dəfə artaraq 130 manatdan 300 manata, orta aylıq əmək haqqı 37%, orta əmək haqqı 74%, əmək haqqı fondu ikiqat artdı.
Qeyd edilib ki, İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişiklik əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə işəgötürənlərə müəyyən cərimələrin şərti olaraq tətbiq edilməsini də nəzərdə tutur ki, bu da onlara güzəştin tətbiq edilməsini nəzərdə tutur.
Bu dəyişiklik o deməkdir ki, əmək qanunvericiliyinin tələblərini pozmuş işəgötürən bu vəziyyəti müəyyən edilmiş müddətdə aradan qaldırarsa, müəyyən cərimələrin ödənilməsindən azad edilir.
Həmçinin əmək qanunvericiliyinin tələbləri pozulduğu halda, işəgötürəni pozuntunu operativ şəkildə aradan qaldırmağa çağırır. Bunlarla paralel olaraq Əmək Məcəlləsində də çoxsaylı dəyişikliklər edilmişdir. Burada əsas məqsəd şəffalığın tam təmin olunmasıdır.
Keçirilmiş iclasda Əmək siyasəti şöbəsinin və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2022-ci ildə görəcəyi işlər müzakirə olunub.