Sahil Babayev və Monteneqro nümayəndəsi Milika Buric arasında görüş keçirilib
Sosial müdafiə naziri Sahil Babayev və Monteneqro nümayəndəsi Milika Buric arasında görüş keçirilib.
Yeni diplomatik nümayəndə təyin olunmuş Milika Buric ilə Sahil Babayevin görüşü baş tutub. Həmçinin görüşdə Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev də iştirak edib.
Görüş zamanı əməkdaşlığın inkişaf etdirilməsinə dair bir çox məsələlərə toxunulub.
Sahil Babayev əməkdaşlığın önəmindən danışaraq, onun gələcək dövrlərdə də davamlı inkişaf etdirilməsinin vacibliyini qeyd edib.